main-post-cover

    HTC One 10 görüntüləri sızdırılıb!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Ağıllı telefon istehsalçıları 2016-cı ilin flaqman telefonlarını hazırlayırlar. Bu baxımdan HTC şirkətinin flaqman telefonu olacaq HTC One M10 modelinin görüntülərini hamı maraqla gözləyir.

    İlk dəfə Evleaks tərəfindən yayımlanan HTC One M10 fotosu indi də XDA Developers forumlarındakı bir istifadəçi tərəfindən paylaşıldı. Bir biri ilə bənzərlik təşkil edən görüntülər HTC’nin One A9 ilə gətirdiyi dizaynı davam etdirir.


    HTC One M10 modelinə aid olduğu iddia edilən görüntülərə baxdıqda ön tərəf Meizu Pro 5 ilə One A9 modellərini xatırladır, arxa tərəfinə baxdıqda isə standart HTC dizayn izlərini görürük.
    HTC logosuna ön tərəftə yer verməyən HTC, çox bəyənilən BoomSound dinamiklərindən istifadə edib. One A9 modelində istifadə olunan power düyməsi yenə də sağ tərəfdə yer alıb.
    Full HD'dən Quad HD keyfiyyətə keçən HTC One 10 modelindən 5.2 düym böyüklüyündə ekran yer alıb. Snapdragon 820 prosessorundan güc alacaq olan HTC One M10, 4 GB RAM, 32 GB yaddaş, lazer avtofokuslu 12 MP UltraPixel kamera kimi özəlliklərlə gəlməsi gözlənilir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər