HTC One X10-nun ilk fotosu sızdırıldı
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
İnternetdə "HTC” şirkətinin yeni smartfonunun ilk fotosu yayılıb.
Yeni model One X10 adlanır və şirkət onda əsas diqqəti
batareyadakı enerji tutumuna ayırır. Fotonun "Big style meets bigger battery” sloqanı
ilə müşaiyət olunması onu göstərir ki, smartfonun dəbli korpusunun altında yüksək
həcmli batareya olacaq. Fotodan da görmək olar ki, smartfonun arxa panelində
barmaq izi skanı yerləşir və dizayn baxımından yeni cihaz, Desire 10 modelini
xatırladır. Çox güman ki, bu cür marketinq üsulu ilə "HTC” şirkəti uduzmayacaq.
Belə ki, smartfon bazarında hal-hazırda yaxşı performanslı cihaz çoxdur. Lakin
yüksək həcmli batareyaya sahib smartfonu tapmaq bir qədər çətindir. Məlumatlaa əsasən
HTC One X10, 5.5 inç ekran, 8 nüvəli MediaTek Helio P10 prosessoru, 3 GB RAM,
32 GB daxili yaddaş, 16 MP-lik arxa, 8 MP-lik ön kamera və 4000 mAh enerji
tutumlu batareya ilə təchiz olunacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)