main-post-cover

    HTC U-nun ilk render fotosu sızdırıldı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Keçən il "HTC” şirkətinin Ocean kod adlı yeni smartfonu haqqında məlumatlar ortaya çıxmışdı.

    Həmin məlumatlara əsasən yeni smartfon, keçmiş modellərdən, korpusun kənar sensorlu olması ilə fərqlənəcəkdi. Məlumata əsasən bu yeni smartfon, HTC U adı ilə təqdim olunacaq və şirkətin bu ilki flaqman modeli olacaq. Bir neçə müddət bundan öncə sözügedən cihaz, AnTuTu-nun məlumatlar bazasında ortaya çıxmış və beləliklə onun texniki göstəriciləri məlum olmuşdu. İndi isə smartfonun ilk render fotoları sızdırılıb. Xarici görünüşcə HTC U, bir neçə müddət bundan öncə təqdim olunmuş HTC U UltraU Play modellərinə bənzəyir. Maraqlısı ondadır ki, təqdim olunmuş render fotolarda HTC U, fiziki "Home” düyməsinə sahib deyil. Belə ki, həmin düymə sensorlu ola bilər. Lakin bununla yanaşı ön paneldə barmaq izi skanı da yoxdur. Buna baxmayaraq barmaq izi skanının bilavasitə ekrana inteqrasiya olunduğunu da inkar etmək olmaz. Hazırki məlumatlara əsasən HTC U, 2560x1440 piksel keyfiyyətli ekran, 8 nüvəli Snapdragon 835 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş, 12 MP-lik arxa və 16 MP-lik ön kamera ilə təchiz olunacaq. Smartfon, Android 7.1.1 əməliyyat sistemi ilə çalışacaq. HTC U-nun təqdimatının bu ayın sonunda baş tutacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər