main-post-cover

    HTC U Play və HTC U Ultra smartfonlarının texniki göstəriciləri sızdırıldı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Çinin Weibo adlı sosial şəbəkəsinə, təqdimata hazırlaşan HTC U Play və HTC U Ultra smartfonlarının texniki göstəriciləri sızdırılıb.

    İlkin məlumatlara əsasən HTC U Play, 5.2 inç Full HD ekran, MediaTek Helio P10 prosessoru, 3 GB RAM, 32 GB daxili yaddaş, 2500 mAh enerji tutumlu batareya, 16 MP-lik arxa və 16 MP-lik ön kamera ilə təchiz olunacaq. Bundan əlavə yeni smartfonda standart 3.5 mm-lik audiogirişin yerinə USB Type-C girişinin olması gözlənilir. HTC U Ultra isə 6 inç Quad HD ekran, Qualcomm Snapdragon 835 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş, 4000 mAh enerji tutumlu batareya, 24 MP və 13 MP-lik ikili arxa və 16 MP-lik ön kamera ilə təchiz olunacaq. Hər iki smartfonun 12 Yanvar tarixində keçiriləcək xüsusi tədbirdə təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər