main-post-cover

    HTC yeni flaqman telefonu olan HTC 10 modelini təqdim etdi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    HTC'nin çoxdandır gözlənilən flaqman modeli HTC 10, dünyanın bir çox yerində keçirilən tədbirlərlə rəsmi olaraq təqdim edilib.

    Bu il keçirilən tədbirlərdə yüksək səviyyəli cihaz təqdim etməyən HTC , Samsung'un Galaxy S7 və Galaxy S7 Edge, LG'nin G5, Huawei'nin P9 və Sony'nin Xperia X Performance cihazlarına rəqib olacaq cihazı yox idi. Artıq bu səssizliyini pozan şirkət, dünyanın bir neçə ölkəsində keçirdiyi tədbirlərdə yeni cihazını təqdim edib.

    Texniki xüsusiyyətləri və müsbət cəhətləri ilə seçilən HTC 10'u gəlin birlikdə incələyək.

    HTC 10'un Ekranı
     
    HTC yeni flaqman telefonu olan HTC 10 modelini təqdim etdi


    HTC'nin bu yeni flaqman modeli ekran xüsusiyyətləri ilə də diqqət çəkir. Bu ilin populyar ekran keyfiyyəti olan 2K'nı cihazına əlavə edən şirkət, 5.2 düym böyüklükdə Super LCD 5 ekranında 1.440 x 2.560 piksel keyfiyyəti 2.5D adı ilə təqdim edir.

    Corning Gorilla Glass 4 ilə qorunan cihazın ekranı zərbələrə qarşı çox dayanıqlıdır. 570ppi piksel sıxlığı ilə də istifadəçilərə çox təmiz görüntü təqdim edəcək olan HTC 10, ekran cəhətdən rəqibləri ilə rahatlıqla rəqabət edə bilər.

    HTC 10'un dizaynı
     
    HTC yeni flaqman telefonu olan HTC 10 modelini təqdim etdi


    HTC'nin One M7 modelindən sonra dəmir korpus dizaynını davam etdirən şirkət, 10 modeli cihazının ön tərəfində One A9 modelinə oxşar bir dizayndan istifadə edib. Ekran və cihazın ölçüsünü uyğunlaşdırmağa çalışan və cihazın ön tərəfində HTC logosundan istifadə etməyən şirkət, çox gözəl diyazn əldə edib. Aşağı hissəyə barmaq izi sensoru əlavə edən HTC, arxa tərəfdə isə One seriyasına oxşar dəmir çərçivəyə malik olsa da, One seriyasındakı oval forma əvəzinə arxa tərəfi düz edib. 145,9 x 71,9 x 9,0 mm ölçüyə malik cihazın çəkisi 161 qramdır.

    Əllə tutmaq hissini artırmaq üçün Samsung'un Galaxy S7 və Galaxy S7 Edge modellerində də istifadə etdiyi qövsvari dizayndan istifadə edən şirkət, beləliklə rahat istifadə vəd edir.

    HTC 10'un texniki xüsusiyyətləri
     
    HTC yeni flaqman telefonu olan HTC 10 modelini təqdim etdi


    HTC'nin yeni flaqman modelinin texniki xüsusiyyətlərinə baxdığımızda 2.2GHz sürətə malik Snapdragon 820 çipseti və Adreno 530 qrafik prosessoruna yer verilen cihazda 4GB LPDDR4 RAM var. 32GB və 64GB daxili yaddaş mövcud olan cihazda Micro SD kart dəstəyi də var. WiFi şəbəkəsində 802.11ac , Bluetooth 4.1 və
    NFC dəstəyi təqdim edən 10'da, əlavə olaraq populyar USB-Type C funksiyası da mövcuddur. Quick Charge 3.0 dəstəyi ilə də sürətli şarjla batareyanı doldurmağı vəd edir.

    HTC 10'un kamera xüsusiyyətləri
     
    HTC yeni flaqman telefonu olan HTC 10 modelini təqdim etdi


    HTC'nin UltraPiksel texnologiyasını yenidən 10 adlı modelində istifadə edən şirkət, bu dəfə 4UP istifadə etmək əvəzinə arxa kamerada 12MP keyfiyyətdə f/1.8 dəyərində UltraPiksel texnologiyasına yer verib. İki led fləşə malik arxa kamerada OIS və lazer avtofokus funksiyaları mövcuddur. Ön kamerada isə
    5MP keyfiyyətində UltraPiksel
    texnologiyasına yer verən şirkət, dünyada ilk dəfə ön kamerasında da OIS dəstəyi olan bir model ilə selfie xoşlayanlara əla imkan yaradır. Kamerasının DxOMark'dan
    88 xal aldığını da qeyd edən şirkət,  Samsung Galaxy S7 və Galaxy S7 Edge ilə eyni xal alıb.

    HTC 10'un səs və musiqi xüsusiyyətləri
     
    HTC yeni flaqman telefonu olan HTC 10 modelini təqdim etdi


    HTC deyiləndə ağla gələn BoomSound səs texnologiyası da mövcud olan cihaz, Hi-Fi səs keyfiyyəti təqdim edir, əlavə olaraq şəxsi səs profilləri ilə də sizə seçim şansı verir.

    HTC 10'un batareya xüsusiyyətləri
     
    HTC yeni flaqman telefonu olan HTC 10 modelini təqdim etdi


    HTC 10, batareya cəhətdən yaxşı olsa da, gözləniləndən aşağı - 3.000mAh batareyadan istifadə edib. USB-Type C şəbəkə portu və Quick Charge 3.0
    dəstəyi ilə şart etmək lazım olduqda 15 dəqiqəlik  şarj ilə günü bitirə biləciyiniz üçün HTC belə bir seçim edib.

    HTC 10'un qiyməti
     
    HTC yeni flaqman telefonu olan HTC 10 modelini təqdim etdi


    HTC 10'un ABŞda satış qiyməti 700 dollardır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər