main-post-cover

    HTC, yeni smartfonları ilə bazarı “partlatmağa” gəlir

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    CES2017 artıq geridə qalıb lakin HTC baxımından ilin ilk həmləsi hələ bundan sonra gələcək.

    Sektorda son illərdə heç cür öz istədiyi sıçramanı reallaşdıra bilməyən HTC, bir dəfə daha iddialı bir formada gəlməyə hazırlaşır.
    Firma tərəfindən paylaşılan bir tanıtım videosunda, 12 Yanvarda "all about U” adlı bir tədbir keçirəcəyini elan etdi.
    Canlı olaraq paylaşılacaq tədbirdə 3 fərqli cihazın təqdim edilməsi gözlənilir. Bu cihazlardan biri, hal-hazırda daha əvvəldən də ortaya çıxmış olan HTC X10-dur. Tədbirin adında diqqətimizi çəkən "U” ilə əlaqədar olaraq qarşımıza çıxacaq olan telefonlar isə HTC U Ultra və HTC U Play-dir.
     
    HTC U Ultra, daha əvvəllər "Ocean Note” adı ilə də gündəmə gəlmişdi. Sözügedən cihaz, phablet (telefondan böyük, planşetdən kiçik) dizaynı ilə gələcək. HTC U Play mövzusunda isə hələki bir məlumatımız yoxdur.
    Baxaq görək 2 gün sonra keçiriləcək təqdimat mərasimində HTC, bizlərə nə kimi yeniliklər təklif edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər