main-post-cover

    HTC\'dən yeni flaqman model! Qarşılayın, HTC One M9 Plus Aurora Edition!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    HTC keçən il satışa çıxardığı flaqman modeli One M8 ilə son dərəcə uğurlu satış həyata keçirmişdi.
    Material keyfiyyəti ilə rəqiblərindən fərqlənən HTCAndroid əməliyyat sistemində işləyən telefonların olduğu bazarda önəmli paya sahib idi. 
    Amma bu il istehsal olunan HTC One M9 ilə bütün işlər tərsinə döndü. HTCOne M9’da istifadə etdiyi Snapdragon 810’un qızma problemlərinə görə çətin günlər keçirməyə başladı.
    Bu uğursuzluğun üstündən xətt çəkmək istəyən HTCOne M9’dan qısa zaman sonra MTK prosessorlu HTC One M9 Plus’ı satışa çıxarmış, lakin bu model də gözləntilərin altında qaldı.
    One M9 seriyasında hələ də ümidini kəsməyən HTC, indi də HTC One M9 Plus Aurora Edition’ı tanıtdı.

     

    HTC One M9 Plus Aurora Edition Xüsusiyyətləri

    HTC One M9 Plus Aurora Edition özellikleri, təməl olaraq HTC One M9 Plus ilə eyni olsa da, bəzi cəhətlətdən önəmli əlavələrə sahibdir.
    HTC One M9 Plus Aurora Edition 2.2GHz sürətində işləyən MediaTek MT6795 prosessoru ilə təmin olunub. GPU cəhətdən PowerVR G6200 Rogue’dən faydalanan ağıllı telefonda 3GB RAM və 32GB daxili yaddaş mövcuddur.
    2840 mAh gücünde bir batareyadan enerji alan HTC One M9 Plus Aurora Edition’ın ən önəmli xüsusiyyətlərindən biri də 2TB’ta qədər microSD kart dəstəyinin olmasıdır. Xatırladığımız qədərilə bu özəllik keçən günlərdə tanıdılan HTC Butterfly 3’də də mövcuddur.
    Kamera cəhətdən də bəzi yeniliklər edən HTC One M9 Plus Aurora Edition 21 Megapiksellik kameraya sahipdir. (HTC One M9 Plus kamerası 20 MP’dir)
    Video çəkərkən ortaya çıxan titrəmələri və dalğalanmaları azaldan OIS xüsusiyyətinə də sahib olan kameraya 4 MP Ultrapiksel ön kamera da dəstək verir. (Bu ön kamera HTC One M7 və HTC One M8 modellerində də istifadə olunmuşdu.)

    HTC One M9 Plus Aurora Edition Qiyməti

     
    15 Oktyabrda Tayvanda satışa buraxılması gözlənilən telefonun qiyməti isə baha olacaq kimi görünür. HTC One M9 Plus Aurora Edition qiyməti 630 dollar olaraq təsdiqlənib.
    Antutu testinden 51336 xal alan telefonun flaqman model sinifində olduğunu deyə bilərik. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər