main-post-cover

    "HTC"nin ilk "ağıllı" saatı HTC Halfbeak-ın fotoları sızdırılıb

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "HTC” özünün ilk "ağıllı” saatı olan Halfbeak-ı istehsal etməyi planlaşdırır.

    Şirkətin yeni cihazının ilk fotoları artıq internetə sızdırılıb. Fotolar cihazın dizaynını və şirkətin məşhur ABŞ fitnes brendi ilə əməkdaşlığını ortaya çıxardıb. Qeyd etmək lazımdır ki, "HTC” hələ "ağıllı” saatlar bazarına keçid almayıb. Smartfon bazarında yaşanan problemləri nəzərə alaraq şirkətin bu bazara daxil olmaqda tələsməməsini anlamaq asandır. Lakin gec-tez bu baş tutmalı idi. Şaiyələrin də yayıldığı kimi HTC Halfbeak dairəvi ekrana sahibdir və Android Wear sistem təminatı ilə çalışır. Məlumatlara əsasən cihaz 360x360 piksel keyfiyyətli ekrana sahibdir. "Technote.az"ın "Macdigger.ru"a istinadən verdiyi xəbərə əsasən saatın korpusu isə bir qədər qalındır və rezin kəmər ilə təchiz olunmuşdur. Korpusun arxa tərəfində ürək döyüntülərini ölçən ötürücü, enerji yığma üçün nəzərdə tutulmuş 4 kontaktlı giriş yeri və fitnes sevənlərin yaxşı tanıdıqları məşhur Under Armour brendinin loqosu yerləşir. Qeyd etmək lazımdır ki, hələ bu ilin Yanvar ayında hər iki şirkət əməkdaşlıq edərək bir neçə idman məhsullarını satışa çıxartmışdılar. Hələki HTC Halfbeak-in anons müddəti haqqında heç bir məlumat yoxdur. Lakin güman etmək olar ki, şirkət, cihazı bu ilin sonunadək təqdim edəcək.

     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər