"HTC"nin yeni flaqman HTC U 11-in etxniki göstəriciləri məlum oldu
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Adətən "HTC” şirkəti öz flaqman smartfonlarını ilin birinci yarısında təqdim edir. Lakin bu dəfə təqdimat biraz gec olacaq.
Görünür bunun səbəbi Snapdragon 835 prosessorlarının
çatışmamazlığıdır. Böyük ehtimal ilə "Samsung” şirkəti sözügedən bütün prosessorları əldə
edib. Nəticədə "HTC” və "Xiaomi” kimi şirkətlər öz flaqman smartfonlarının təqdimat
tarixlərini daha gec reallaşdırmalı olurlar. HTC U 11 adlı smartfon rəsmi
olaraq 16 May tarixində təqdim olunacaq. Lakin indidən bu smartfonun texniki
göstəriciləri məlumdur. Deməli HTC U 11, 5.5 inç Super LCD QHD ekran (Corning
Gorilla Glass 5 qoruyucu şüşəli), 8 nüvəli Snapdragon 835 prosessoru, 4/6 GB
RAM, 64/128 GB daxili yaddaş, 3000 mAh enerji tutumlu batareya (Quick Charge
3.0 sürətli enerji yığma özəlliyi ilə birlikdə), 12 MP-lik UltraPixel 3 əsas
kamera və 12 MP-lik ön kamera ilə təchiz olunacaq. Bundan əlavə olaraq
smartfon, sensorlu çərçivəyə sahib olacaq. Həmin sensorlu çərçivədən istifadə
edərək siz smartfonun ikinci dərəcəli funksiyalarını idarə edə biləcəksiniz.
Bundan əlavə olaraq HTC U 11-in fiziki "Home” düyməsi barmaq izi skanına, korpusu
isə IP57 standartlı sudan və tozdan qorunma özəlliyinə sahib olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)