main-post-cover

    Huawei bir neçə dəqiqə ərzində dolan super batareyalar təqdim etdi.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Ağıllı telefon bazarında əsas rəqabət gedən sahələrdən biri də telefonun batareya ömrünün uzadılmasıdır. Bəzi şirkətlər sürətli enerji yığma texnologiyasını tətbiq etməklə, digərləri batareyanın gücün artırmaqla bazarda üstünlüyə sahib olmağa çalışırlar. Bütün çalışmalara baxmayaraq hələ də əksər mobil telefon istehsalçıları lion batareyalarından istifadə edirlər. Huawei Yaponyada keçirilən 56-cı batareya simpozyumunda çox maraqlı texnologiyaya malik yeni bir sistem təqdim edib. 3000 mAh enerji gücünə malik olan yeni batareyalar 620 wolt enerji ilə 5 dəqiqə ərzində 48% göstəriciyə qalxır. 600 mAh gücündəki batareya isə 1-2 dəqiqə ərzində 68% enerji əldə edir. Təqdim olunan bu texnologiya sürətli enerjini təmin etmək üçün əla vasitədir. Şirkətin bu məhsulu nə vaxt istifadəyə verəcəyi isə bəlli deyil.


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər