Huawei Honor 8-in texniki göstəriciləri rəsmi olaraq təqdim olunub
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Huawei şirkəti rəsmi olaraq yeni flaqman smartfonu olan
Honor 8-i təqdim edib. Yeni smartfonun korpusu şüşə panellər ilə örtülmüşdür.
Texniki göstəricilərə gəldikdə isə Honor 8 1920x1080 piksel keyfiyyətli 5.2 inç
ekrana (ekran 2.5D ölçülü şüşə ilə qorunur), 8 nüvəli Kirin 950 prosessoruna, 3
GB RAM (32 GB daxili yaddaş), 4 GB RAM (32 GB daxili yaddaş), 4 GB RAM (64 GB
daxili yaddaş) versiyalarına sahibdir. Smartfon ikili 12 MP-li arxa kamera ilə təchiz olunub. Arxa kameralar Sony IMX286 sensorlarını, lazer avtofokusunu və
işıqlandırma funksiyalarını özündə birləşdirir. Arxa kameralardan biri ağ-qara,
digəri isə rəngli fotolar çəkir. Bundan əlavə olaraq 1080p FHD və 720p 120fps
slo-mo videoların çəkilişi dəstəklənir. Ön kameraya gəldikdə isə o 8 MP-dir. Həmçinin
Honor 8 barmaq izi skanı funksiyası və iki SIM-kart özəlliyi ilə təchiz olunub.
Qeyd etmək lazımdır ki, Honor 8 Android 6.0 Marshmallow əməliyyat sistemi üzərində
çalışır. Smartfonun qiyməti isə onun RAM-nın və daxili yaddaşının həcmindən
asılı olaraq dəyişir. Honor 8-in yaxın zamanda satışa çıxacağı gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)