Huawei Honor 9-un ilk render fotoları sızdırıldı
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır.
Məlumata əsasən şirkət, yeni smatfonu standart 3.5 mm-lik audiogirişdən məhrum etmək istəyir. İndi isə internetdə hələ anonsu olmamış
cihazın ilk render fotoları sızdırılıb. Smartfonun aşağı paneli, sözügedən şaiyələri
təsdiq edir. Əgər bu məlumat düz olsa, onda Honor 9 istifadəçiləri USB Type-C girişi üçün xüsusi naqilli və ya Bluetooth qulaqlıqlardan istifadə etməli
olacaqlar.
İkinci foto, smartfonun ikili arxa kameraya sahib olacağını
göstərir. Yeni smartfon, bu brenddə gördüyümüz əvvəlki dizayn özəlliklərini
özündə daşıyacaq. Daha bir özəllik isə barmaq izi skanının arxa paneldən ön
paneldəki fiziki "Home” düyməsinə inteqrasiyası ola bilər. Qeyd etmək lazımdır
ki, sızdırılmış render fotoların düzgünlüyü təsdiq edilməyib. Buna görədə
onlara tam şəkildə inanmaq lazım deyil.
Linki kopyala
Həftənin xəbərləri
Apple Vision Pro ilə əməliyyat həyata keçirildi?!
Ən ağıllı çat-bot IQ testində insanı geridə qoyub