main-post-cover

    Huawei Mate 9, 20 MP\'lik iki arxa kamera və Kirin 960 ilə gəlir

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Huawei'nin yeni ağıllı telefon modeli Mate 9 ilə bağlı yeni məlumatlar gəlib.

    Huawei yeni ağıllı telefon modelləri ilə qarşımıza çıxmağa davam edir. Bu yaxınlarda yeni flaqman modelləri P9 və P9 Plus'ı açıqlayan Huawei, sonra da P9 Lite modelini açıqlamışdı. Şirkət yüksək səviyyəli ağıllı telefon modellərinə Mate 9 ilə davam edəcək kimi görünür.
     
    Huawei Mate 9, 20 MP'lik iki arxa kamera və Kirin 960 ilə gəlir


    Bu gün Huawei Mate 9 ilə bağlı yeni məlumatlar yayılıb. Gizmochina'nın yayımladığı məlumatlara əsasən Huawei Mate 9'da , səkkiz nüvəli CPU,
    Kirin 960 yonga seti olacaq. Həmçinin cihazda, 20 MP'lik iddialı iki arxa kamera olacaq. Şirkət P9 və P9 Plus modelində də iki arxa kameradan istifadə etmişdi, amma bu modellərdəki kameralar 12 MP idi. Mate 9'un kamerası da yenə Leica ilə ortaq  hazırlanıb.

    Huawei Mate 9'un bu  ilin sonlarında satışa çıxarılacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər