main-post-cover

    "Huawei" Mate 9 modelinin tanıtımına hazırlaşır

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Huawei-nin Mate 9 modeli ortaya çıxdı. Dizaynına baxdıqda telefonun cüt kamera xüsusiyyətinə malik olacağı görünür. Şirkət Mate 8 modelini keçən ilin noyabr ayında təqdim etmişdi. Bir müddətdir gündəmdə yer alan Mate 9-un ilkin görüntüləri modelin böyük rəğbət görəcəyindən xəbər verir.
    Huawei lider fotoaparat istehsalçısı Leiceilə iş birliyi edir və əvvəlki Huawei P9 və P9 Plus modellərində də cüt kamera xüsusiyyətindən istifadə etmişdi. Şirkət yeni Mate 9 modelində də cüt kamera istifadə edib.
    P9 seriyasından fərqli olaraq Mate 9-da, 12 meqapiksel kamera istifadə olunacaq. Telefonda həmçinin ikili arxa kamera, cüt tonlu LED flaş və lazer avtofokus sensoru yer alacaq. Telefonun arxa tərəfində barmaq izi skaneri mövcuddur. Amma gələcəkdə şirkətin P10 modelində barmaq skanerini öz hissəyə daşıması gözlənilir.

    Huawei Mate 9 özellikler

    -5.9 inç böyüklükdə Full HD ekran
    Səkkiz nüvəli Kirin 970 prosessoru
    8 meqapiksel ön kamera
    4GB Ram və artırıla bilən 64GB daxili depolama
    Super Charge sürətli şarj texnologiyasına sahib 4.000 mAh tutumlu batareya
    2.6 GHz tezlik
    USB Type-C
    Emotion istifadəçi interfeysi

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər