



2K ekran keyfiyyətinə sahib olan MateBook\'un ekran ölçüsünün bütün cihaza nisbəti 84%\'dir. 4430 mAh batareyası ilə 9 saat HD video izləyə bilərsiniz. Huawei, MateBook\'a barmaq izi oxuma sensoru da əlavə edib.

6.9mm qalınlıqdakı cihazın özünəməxsus qələmi də var. "MatePen" adlı bu qələmlə cihazı idarə etmək mümkündür və müxtəlif funksiyalara sahibdir. Qələm ayrıca satılır və qiyməti 70 dollardır. Qələmi də hiss etmə bacarığına sahib təzyiq sensoruna malik olan MateBook, 2048 növdə təzyiqi hiss edə bilir. 4GB RAM, 128 GB yaddaş və Intel Core m3 prosessora sahib olan MateBook, 700 dollardan satışa çıxarılacaq. Bir üst modeli isə 8GB RAM, 512 GB yaddaş və İntel Core m7 prosessora sahibdir və 1600 dollara satılacaq.
Şərh yoxdur