Huawei P10 Lite, rəsmi olaraq təqdim edildi
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
"Huawei” şirkəti rəsmi olaraq Huawei P10 Lite smartfonunu təqdim etdi.
Bu yeni smartfon, MWC 2017 sərgisində təqdim olunmuş Huawei P10 və Huawei P10 Plus modellərinin büdcəli versiyasıdır. Yeni modelin korpusu,
şüşə panel və metal çərçivələrdən ibarətdir. Huawei P10 Lite, 5.2 inç Full HD ekran,
8 nüvəli HiSilicon Kirin 658 prosessoru, 4 GB RAM, 32 GB daxili yaddaş (microSD
dəstəkli), 3000 mAh enerji tutumlu batareya (sürətli enerji yığma
texnologiyalı), 12 MP-lik arxa və 8 MP-lik ön kamera ilə təchiz olunub.
Smartfon, Android 7.0 Nougat əməliyyat sistemi vasitəsilə çalışır və barmaq izi
skanına, USB Type-C girişinə sahibdir. Huawei P10 Lite artıq bugündən İngiltərədə, 369$ qiymətinə satışa çıxıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ