Huawei P10 Lite, rəsmi olaraq təqdim edildi

08.05.2017 0 PAYLAŞIM 5508 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

"Huawei” şirkəti rəsmi olaraq Huawei P10 Lite smartfonunu təqdim etdi.

Bu yeni smartfon, MWC 2017 sərgisində təqdim olunmuş Huawei P10Huawei P10 Plus modellərinin büdcəli versiyasıdır. Yeni modelin korpusu, şüşə panel və metal çərçivələrdən ibarətdir. Huawei P10 Lite, 5.2 inç Full HD ekran, 8 nüvəli HiSilicon Kirin 658 prosessoru, 4 GB RAM, 32 GB daxili yaddaş (microSD dəstəkli), 3000 mAh enerji tutumlu batareya (sürətli enerji yığma texnologiyalı), 12 MP-lik arxa və 8 MP-lik ön kamera ilə təchiz olunub. Smartfon, Android 7.0 Nougat əməliyyat sistemi vasitəsilə çalışır və barmaq izi skanına, USB Type-C girişinə sahibdir. Huawei P10 Lite artıq bugündən İngiltərədə, 369$ qiymətinə satışa çıxıb.