Huawei P10-nun yeni fotosu sızdırıldı

08.05.2017 0 PAYLAŞIM 5385 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Yeni sızdırılmış fotolarda Huawei P10 tamamilə fərqli dizaynda təqdim olunub.

Belə ki, yeni fotolarda smartfon, metal korpusa sahibdir və antenlərin çalışması üçün xüsusi plastik çərçivələrlə əhatə olunmuşdur. Yeni fotoları, Gizmochina saytı təqdimi edib. Metal korpuslu smartfonun ön hissəsinin aşağı tərəfində barmaq izi skanı yerkləşdiriləcək. Qeyd etmək lazımdır ki, əvvəlki bütün seriyalı cihazlarda sözügedən sensor arxa paneldə yerləşirdi. Çox güman ki, yeni fotolar flaqman smartfonun dizaynlarından biridir. Daha öncə məlumat var idi ki, Huawei P10 əyilə bilən ekran və ya ikinci əlavə ekran ilə təchiz olunacaq. Onun texniki göstəricilərinə gəldikdə isə smartfon, 5.5 inç QHD ekran, 8 nüvəli Kirin 960 prosessoru, 6 GB RAM, 256 GB daxili yaddaş, 12 MP arxa və 8 MP ön kamera ilə təchiz olunacaq. Cihaz, Android 7.0 Nougat əməliyyat sistemi vasitəsilə çalışacaq. Huawei P10-nun təqdimatı 2017-ci ilin birinci rübünə planlaşdırılır.