main-post-cover

    "Huawei" uşaqlar üçün ağıllı saatları anons edib

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Huawei” şirkəti "Xiaomi”-nin ardınca gedərək balaca uşaqlar üçün taxıla bilən cihazlar bazarını fəth etməyə çalışır. Belə ki, şirkət uşaqlar üçün nəzərdə tutulmuş "Disney” və "Marvel” qəhrəmanlarının təsvirləri olan ağıllı saatları anons edib.

    Yeni cihaz valideynlərə övladlarının harda yerləşdiklərini bilmək, onlara zəng və ya mətnli ismarıc göndərmə imkanını verəcək. Şirkət həmçinin uşaqlar üçün ağıllı saatlardan istifadəni maraqlı etməyi də düşünüb. Məsələn cihazda olan "Shake” funksiyası sayəsində uşaqlar 10 m uzaqlıqda yerləşən dostlarına gizli mesajlar göndərə biləcəklər. Bundan əlavə olaraq ağıllı saatlara fitnes funksiyası da daxil edilib.
    Technote.az-ın Mydrivers.com” saytına istinadən verdiyi xəbərə əsasən uşaqların harda yerləşməsini müəyyən etmək üçün cihaz daxilindəki GPS, kompas, mobil rabitə və naqilsiz çıxış nöqtələrindən istifadə edir. Bütün şəxsi məlumatlar isə "Huawei”-in serverində bir neçə şifrələmə səviyyəsi vasitəsilə saxlanılır. Ağıllı saatlar IP55 standartı üzrə toz və nəmişlikdən qorunma xüsusiyyətinə sahibdir. Cihazın korpusundakı düyməni basılı saxlayaraq təyin edilmiş telefon nömrəsinə avtomatik olaraq SOS ismarıcını göndərmək mümkündür. Həmçinin valideynlər təhlükəsiz hərəkət ərazilərini və sakit saat vaxtlarını təyin edə bilərlər. Bu zaman ağıllı saat uşağın dərslərini hazırlanmasına maneəçilik törətməyəcək. Çin bazarında ağıllı saatın qiyməti $104 təşkil edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər