

Honor Note 8 ilə birlikdə Huawei şirkəti yeni büdcəli Honor 5 smartfonunu təqdim edib.
Smartfon orta texniki göstəricilərə sahib olsa da yüksək sürətli LTE mobil şəbəkələrini dəstəkləyir. Huawei Honor 5 1280x720 piksel keyfiyyətli 5 inç HD ekran, 4 nüvəli MediaTek MT6735P prosessoru 2 GB-lıq RAM, 16 GB-lıq daxili yaddaş (microSD dəstəklənir), 2200 mAh enerji tutumlu batareya ilə təchiz olunmuşdur. Kameraya gəldikdə isə cihaz 8 MP-lik arxa və 2 MP-lik ön kameraya sahibdir. Smartfon Android 5.1 Lollipop əməliyyat sistemi üzərində çalışır və iki SIM-kart özəlliyini özündə daşıyır. Honor 5 $90 qiymətinə satılacaq.
Şərh yoxdur