main-post-cover

    "Huawei", yeni flaqman smartfonları P10 və P10 Plus-ı təqdim etdi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Barselonada keçirilən MWC 2017 sərgisində "Huawei” şirkəti rəsmi olaraq Huawei P10 və P10 Plus smartfonlarını təqdim edib.

    Keçmiş modellər kimi hər iki smartfon, Leica markalı ikili arxa kameraya sahibdir. Keçən il çıxmış cihazlardan əsas fərq isə ondan ibarətdir ki, P10P10 Plus-ın ön kameraları da Leica istehsalıdır. P10, 5.1 inç HD, P10 Plus isə 5.5 inç Quad HD ekran ilə təchiz olunub. Hər iki modelin ekranı, 2.5D Corning Gorilla Glass 5 qoruyu şüşəsi ilə qorunur. Qoruyucu şüşənin alt hissəsində olan yeganə düymə isə özündə barmaq izi skanını birləşdirir. Hər iki modeldə olan ikili kameralardan biri 12 MP-lik, digəri isə 20 MP-likdir. Kameralar optik stabilizasiyaya sahibdirlər və 2160p keyfiyyətdə video çəkmə özəlliyini özündə birləşdirirlər. Qeyd etdiyimiz kimi smartfonların ön kameraları da Leica istehsalıdır.
    Bu cür qərar hələ heç bir smartfonda reallaşdırılmamışdı. Ön kameralar 8 MP-likdir. Texniki göstəricilərinə gəldikdə isə Huawei P10, 8 nüvəli HiSilicon Kirin 960 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş (microSD özəllikli) və 3200 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon, Android 7.0 Nougat əməliyyat sistemi vasitəsilə çalışır. Huawei P10 Plus da həmin texniki göstəriciləri sahibdir, lakin RAM, daxili yaddaş və batareya həcmi göstəricilərinə görə fərqlənir. Belə ki, o, 6 GB RAM, 128 GB daxili yaddaşa və 3750 mAh enerji tutumlu batareyaya sahibdir. 4 GB RAM və 64 GB daxili yaddaşa sahib Huawei P10, 649 avro, 4 GB RAM və 64 GB daxili yaddaşa sahib Huawei P10 Plus, 699 avro, 6 GB RAM və 128 GB daxili yaddaş həcminə sahib Huawei P10 Plus isə 799 avro qiymətinə satılacaq.

     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər