Çinin texnologiya nəhəngi Huawei\'nin yeni flaqman modeli Huawei P9 rəsmi olaraq təqdim edildi.
Arxada yerləşən 2 kamera linzası ilə diqqət çəkən Huawei P9, 6.4 mm qalınlığa malikdir. Həmçinin Huawei P9’da iki sim kart dəstəyi var, bu da flaqman modelləri arasında nadir rastlanan xüsusiyyətlərdən biridir.
Huawei P9\'un texniki xüsusiyyətləri isə aşağıdakı kimidir.
Ölçü: 145mm x 70.90mm x 6.95mm
Prosessor: 2.5 GHz sürətə malik HiSilicon Kirin 955
Qrafik prosessor: Mali-T880 MP4
Ram: 3 GB / 4 GB LPDDR4
Ekran: 5.2 düym (1920x1080) Corning Gorilla Glass 4 ilə qorunmaya malikdir
Kamera: 12 Megapiksel dəqiqlikdə iki arxa kamera, 8 Megapiksel dəqiqlikdə ön kamera
Batareya: 3.000 mAh
Əməliyyat Sistemi: Android 6.0 Marshmallow
Yaddaş: 32 / 64 GB (microSD kart ilə 128 GB’a qədər artırmaq mümkündür)
Şəbəkə: 802.11 a, b, g, n, ac, Bluetooth 4.2, NFC, USB Type-C
Huawei P9 prosessoru
Samsung və Apple kimi şirkətlərdən sonra öz prosessorunu ağıllı telefonlarında aktiv olaraq istifadə etməyə başlayan Huawei, P9 modelini HiSilicon Kirin 955 prosessoru və Mali-T880 MP4 qrafik prosessoru ilə gücləndirib.
2.2 GHz sürətə malik 4 ədəd Cortex-A72 və 1.8 GHz sürətə malik 4 ədəd Cortex-A53 nüvəli Kirin 955, bu il satışa çıxarılan rəqib flaqman modelləri ilə eyni səviyyəli performans göstərə bilir.
Huawei P9\'un ekranı
Huawei, 2K dəqiqlikdə ekranın hələ də lazımsız olduğunu düşünən şirkətlərdən biri olduğu üçün, 5.2 düym ekranda Full HD dəqiqlik istifadə edib. 432 ppi piksel sıxlığına malik olan P9’un IPS LCD ekranı, Corning Gorilla Glass 4 qorunma texnologiyası ilə təmin olunub.
Huawei P9 kamerası
Kamera hissəsində Leica ilə ortaq işləyən Huawei, P9 modelində 12 megapiksel dəqiqlikdə 2 linzaya malik OIS dəstəkli arxa və 8 megapiksel dəqiqlikdə ön kameradan istifadə edib.
Huawei P9\'un kamerası Galaxy S7\'dən 90%, iPhone 6S\'dən 270% daha çox işıq cəlb edir. Arxa kamerada RGB və Monochrome linzaların hər ikisi istifadə olunub, 1.25 um piksel böyüklüyünə malikdir.
Huawei P9\'un digər xüsusiyyətləri
RAM mövzusunda iki fərqli seçimlə gələn Huawei P9, 32 GB daxili yaddaşa malik modeldə 3 GB RAM, 64 GB daxili yaddaşa malik modeldə isə 4 GB RAM təqdim edib.
P9 ile birlikdə gələn Ağıllı WiFi funsiyası, Wi-Fi nöqtələri ilə aranızdakı məsafəni sizə göstərir.
Huawei P9\'da 4-cü səviyyə barmaq sensoru istifadə olunub, bu sensor istifadəçilərə yüksək təhlükəsizlik vəd edir.
Android 6.0 Marshmallow əməliyyatı sisteminə malik Huawei P9, Emotion UI 4.1 istifadəçi interfeysi ilə gələcək.
Huawei P9, 16 aprel tarixində satışa çıxarlıcaq və qiyməti 449 sterlinq olacaq.