main-post-cover

    "Huawei", yeni flaqmanı Honor Magic-i təqdim etdi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Huawei” şirkəti rəsmi olaraq öz yeni flaqman smartfonu Honor Magic-i təqdim etdi.

    Yeni təqdim olunmuş smartfon çox maraqlı dizayna sahibdir. Belə ki, onun korpusu, metal çərçivələrdən və əyilmiş kənarlardan ibarətdir. Cihazın daha bir özəlliyi isə WiseScreen Magic funksiyasıdır. Korpusun çərçivəsində olan sensor, infraqırmızı kamera vasitəsilə istifadəçinin barmaq izini və gözünü tanıya bilir. Beləliklə istifadəçi smartfonu, üzünə tərəf yaxınlaşdıranda cihaz aktiv vəziyyətə gəlir. İsitifadəçi smartfonu cibinə qoyduqda və ya üzündən kənara çəkdikdə isə cihaz deaktiv olur. Texniki göstəricilərinə gəldikdə isə Honor Magic, 5.09 inç Quad HD AMOLED ekran, 8 nüvəli Kirin 950 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş və 2900 mAh enerji tutumlu batareya ilə təchiz olunmuşdur. Smartfon, 12 MP-lik arxa, 8 MP-lik ön kameraya və barmaq izi skanına sahibdir. Həmçinin cihaz, Huawei Magic Power adlı sürətli enerji yığma xüsusiyyətini də özündə daşıyır. Smartfon Android 6.0 Marshmallow əməliyyat sistemi vasitəsilə çalışacaq. Huawei Honor Magic-in qiyməti 532$ təşkil edəcək və bugündən onu Çindən sifariş etmək mümkün olacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər