
"Huawei" yeni flaqmanı Mate 9-un iki modelini təqdim etdi
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Gözlənildiyi kimi "Huawei” şirkəti Münhendə keçirilmiş tədbir çərçivəsində Mate 9 smartfonunu təqdim edib.

Smartfon metal korpusa və 5.9 inç
Full HD ekrana sahibdir. Ekran 2.5D qoruyucu şüşə ilə örtülüb. Mate 9 ikili
kameraya sahib smartfondur. Onlardan biri monoxrom modullu 20 MP kamera, digəri
isə 12 MP rəngli sensordur. Hər iki kamera ikiqat hibrid optik zoom-u dəstəkləyir.
Şirkətin smartfonlarında bir ilk olan 4K video çəkimi də dəstəklənir.
Smartfonun ön kamerası isə 8 MP-dir. Texniki göstəricilərinə gəldikdə isə Mate
9, 8 nüvəli HiSilicon Kirin 960 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş, 4000
mAh enerji tutumlu batareya (SuperCharge texnologiyası ilə) ilə təchiz
olunmuşdur. Arxa paneldə olan barmaq izi skanı isə barmaq jestlərini dəstəkləyir.
Mate 9? Android 7.0 Nougat əməliyyat sistemi vasitəsilə çalışacaq. Smartfon ilk
öncə Çin, Fransa, Almaniya, İspaniya, Tayland və BƏƏ-də satışa çıxacaq, Daha
sonra isə cihaz digər bazarlardada təqdim olunacaq. Avropada smartfonun təqribi
qiyməti 699 avro olacaq.



Bundan əlavə olaraq şirkət adi Mate
9-dan başqa, modelin xüsusi versiyası olan Mate 9 Porsche Design-ı da təqdim
edib. Adi versiyadan fəqli olaraq Porsche Design 5.5 inç Quad HD ekrana
sahibdir. Həmçinin ekran AMOLED texnologiyası vasitəsilə əyilmiş formada
hazırlanmışdır. Texniki göstəricilərə görə smartfon HiSilicon Kirin 960 prosessoru,
6 GB RAM, 256 GB daxili yaddaş (microSD dəstəklənmir), 4000 mAh enerji tutumlu
batareya (SuperCharge texnologiyası ilə) təchiz olunmuşdur. Kameralar cəhətdən
hər iki smartfon modeli eynidir. Adi versiya kimi Porsche Design da Android 7.0
Nougat əməliyyat sistemi vasitəsilə çalışacaq. Huawei Mate 9 Porsche Design bu
ilin Dekabr ayının sonunda 1395 avro qiymətində satışa çıxacaq.






Linki kopyala
Həftənin xəbərləri

