

Məşhur Çin şirkəti Huawei mobil cihazlar üçün nəzərdə tutulmuş şəxsi sistem əməliyyatını hazırlayır. Məlumata əsasən layihəni Apple-ın keçmiş dizayneri Abigail Brody idarə edir. O həmçinin hal-hazırda Huawei Emotion UI smartfonunun Android sisteminin mükəmməlləşdirilməsi üzərində çalışır. Deyilənə görə Huawei şirkətinin öz əməliyyat sistemini yaratmasında əsas səbəb kimi nəzərə alınmamış hallar durur. Məsələn birdən Google Android lisenziyası şərtlərini şirkət üçün qəbuledilməz edə biləcəyi kimi halları misal gətirmək olar. Windows Mobile sisteminin uğursuzluğundan sonra Google faktiki olaraq mobil cihazlar üçün əməliyyatlar sistemi bazarında monopolist rolunu oynadı. Bir neçı müddət bundan öncə Avropa birliyi şirkəti öz tətbiqlərini və şərtlərini istehsalçılara diktə edərək monopolistliyindən suistifadə etdiyi üçün sərt şəkildə tənqid etmişdir. Qeyd edək ki, Androiddən asılılığı zəiflətmək üzrə tədbirləri Samsung artıq çoxdan görür. O bunu öz əməliyyat sistemi Tizen-in (Linux əsasında yığılmış açıq mənbəli koda sahib əməliyyat sistemi) köməkliyi ilə edir. Şirkət Tizen əsasında bir neçə smartfon, kamera, televizor və Gear 2 ağıllı saatını satışa çıxartmışdır. Buna baxmayaraq Samsung-un sistemi alıcılar və istehsalçılar arasında böyük tələbata sahib deyil. Belə ki, Tizen əsasında hazırlanmış tətbiqlər Android ilə nisbətdə çox azdır. Huawei çox keyfiyyətli smartfonlar istehsal edir. Məsələn bu yaxınlarda şirkət Google üçün Nexus 6P flaqman smartfonunu istehsal edib. Lakin sistem təminatından söhbət gedəndə Huawei uğursuzluqlar ilə qarşılaşır. Məsələn EMUI 3.1 üst quruluşlu Honor 5X smartfonunu klassik Android sistemindən uzaq olduğu üçün təndiq edirdilər. Sözügedən smartfonun interfeysi də bir çoxlarının xoşuna gəlməmişdir. Söhbət əsnasında Abigail Brody söz verib ki, bütün bu problemləri aradan qaldıracaq.
Şərh yoxdur