

Huawei şirkəti öz virtual reallıq cihazını anons edib. Yeni cihaz Samsung Gear VR-a rəqiblik edəcək. Samsung-un cihazı kimi Huawei VR da smartfonlarla əlaqəli şəkildə çalışacaq (Huawei P9, P9 Plus və Mate 8). Şirkət qeyd edib ki, cihaz 2 metr məsafədə 130 düymlü ekran kimi keyfiyyətli görüntü verə biləcək. Cihazın korpusunun sağ tərəfində isə sensorlu panel və fokus ilə səsi tənzimləmək üçün düymələr olacaq. Smartfonların xüsusiyyətlərindən asılı olaraq Huawei VR Full HD görüntü təqdim edəcək. Bu göstərici Samsung Gear VR-ın Quad HD keyfiyyətindən biraz aşağıdır. Cihaz smartfona USB Type-C girişi ilə qoşulacaq. Şirkət hələki Huawei VR-ın qiymətini açıqlamayıb. Lakin məlumdur ki, cihaz bu il satışa çıxacaq. Bundan əlavə olaraq Huawei cihaz üçün nəzərdə tutulmuş 40 oyun və digər tətbiqetmələr söz verib.
Şərh yoxdur