main-post-cover

    Hyundai-dan möhtəşəm kupe konsepti

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Son beş ildə avtomobillərində etdiyi ciddi dəyişikliklərlə hər bazarda böyük istifadəçi kütləsi toplamağı bacaran Hyundai G Vision adlı yeni konsept avtomobilini təqdim edib. Los Angeles şəhərində baş tutan təqdimatda arxaya doğru əyilən "backlift" korpuslu avtomobil çoxlarının diqqətini cəlb etməyi bacarıb. Avtomobilin xüsusilə Aston Martin superkarlarındakinə bənzər ön barmaqlıqları və ön işıqları çox cəlbedici görünür. Hyundai bu konsepti reallaşdırıb bir model adı altında istehsalına başlayarmı? Müəmmalıdır. Amma belə bir avtomobilin Bentley Continental və Mercedes-Benz S Coupe kimi avtomobillərə gözəl bir alternativ olacağını əminliklə deyə bilərik.
     
    Qeyd edəkki, konseptdə istifadə olunan mühərrik Hyundai-ın 420 at gücü hasil edən 8 silindirli 5 litr mühərrikidir.
    Linki kopyala