main-post-cover

    İcarəyə götürdüyü DVD diskin içərisindən pul və məktub çıxdı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    ABŞ-da yaşayan bir qadın icarəyə götürdüyü DVD diskin daxilində 20$-lıq əskinazlar və naməlum adamdan məktub aşkar edib.

    Bu barədə qadının qızı öz Twitter hesabında bildirib. Qızın sözlərinə görə onun anası sadəcə rahatlamaq və dincəlmək istəyib. Bunun üçün də o, "Deepwater Horizonfilminin DVD diskini icarəyə götürüb. Lakin qadın, gözlədiyindən daha çoxuna sahib olub. Belə ki, qadın, DVD diskin daxilində 100$ pul və Marcos adlı şəxsin adından yazılmış məktub tapb. "Əsasən özümə xərclədiyim 100$-ı mən hər ay kiməsə yardım etmək üçün verirəm. Bu dəfə mən pulu, DVD disk qutusunun içərisinə qoymağı qərara aldım. 2017-ci ildə siz ilk insansınız” – deyə məktubda qeyd olunub. Məktubun sonunda Marcos, pulun ağıl ilə xərclənməsini və ya ehtiyaclarının olmadığı halda başqa birinə vermələrini xahiş edib. "Çox sağol Marcos. Harda olduğundan asılı olmayaraq Tanrı səni qorusun” – deyə qadının qızı, sosial şəbəkədə öz təşəkkürünü bildirmişdir. Onun Twitter-dəki postu 4 gün ərzində 95.000 like və 31.000 retweet alaraq viral olub. Postu görmüş digər istifadəçilər də Marcos adlı naməlum şəxsə, sosial şəbəkə vasitəsilə təşəkkürlərini bildiriblər.

    Linki kopyala