iCloud şifrələrinizi dəyişin. Hackerlər külli miqdarda hesabı ələ keçiriblər

iCloud şifrələrinizi dəyişin. Hackerlər külli miqdarda hesabı ələ keçiriblər

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

CSO Online şirkətinin təhlükəsizlik üzrə mütəxəssisləri bildiriblər ki, hackerlər 40 milyon iCloud hesabını ələ keçiriblər. Məlumatlar kənar resursların sındırılması nəticəsində əldə olunub. Bir çox istifadəçilər "Find my iPhone” və "Find my iPad” funksiyaları sayəsində Apple cihazlarının deaktiv olunması haqqında sosial şəbəkələrdə şikayətlərini bildiriblər. Daha sonra istifadəçilər rus dilində qəribə mesaj alıblar. Mesajda hackerlər cihazların aktiv olunması üçün müəyyən vəsait tələb etdiklərini qeyd ediblər. Bəzi mesajlarda isə əlaqə üçün xüsusi mail ünvanı qeyd olunub. İlk əvvəl bu hadisə yalnız bəzi istifadəçilərin başına gəlib. Lakin daha sonra istifadəçilərin sayı getdikcə artıb. Mütəxəssislər güman edirlər ki, hackerlər bir və ya bir neçə böyük internet servislərin məlumat bazalarını ələ keçiriblər. İlk öncə o istifadəçilər diqqətli olmalıdırlar hansıların ki, iCloud şifrələri digər internet servislərdəki (Facebook, LinkedIn, Tumblr, MySpace və s.) şifrələr ilə üst-üstə düşür. Əgər siz iCloud şifrənizə bənzər digər bir şifrəni kənar internet servislərdə istifadə etdiyinizi xatırlamırsınızsa onda şifrəni dəyişməyi tövsiyyə edirik. Belə ki, sözügedən istifadəçilərin iPhone və iPad cihazlarının uzaqdan deaktiv edilmə riski böyükdür. IOS-də şifrəni Apple ID-nin ayarlarında dəyişmək mümkündür.



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×