main-post-cover

    iKeebon artıq iOS-da!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Sadiqlik kartları və yerlərdə necə qənaət etmə haqqında məlumat verən iKeebon (xərcim.az) layihəsinin iOS versiyası istifadəyə verilmişdir.
    iKeebon layihəsi 2014-cü ildə Xərcim.az adı ilə fəaliyyətə başlamış və istifadəçilərə ilk olaraq Android mobil tətbiqi ilə yardım etməyə başlamışdır. Tətbiqin köməyi ilə istifadəçilər üzvləri olduqları sadiqlik sistemlərinin plastik kartlarını mobil telefonuna köçürə bilər. Bunun ilə də pul qabında artıq yer tutan kartları hər zaman özü ilə daşımaqdan qurtulmuş olur (Təbii bank kartları və magnit kartlar xaric). Tətbiqə supermarket, geyim, hotel, aviaşirkətlərin Mile kartları və s. əlavə etmək olar. Maqnit kartları tətbiq vasitəsilə istifadə etmək fiziki olaraq mümkün olmasa da, bu kartların nömrələrini tətbiqdə qeyd etməklə, internet üzərindən ödəniş etdikdə istifadə etmək olur ki, bu da əlavə rahatlıq yaradır. Məsələn; internet üzərindən aviabilet və ya kinoteatra bilet aldıqda bonus-endirim kartınızın məlumatlarını tətbiqdən istifadə etməyiniz mümkündür.
    Yuxarıda sadalananlar ilə yanaşı, tətbiq vasitəsilə istifadəçilərə maraqlı endirimli təkliflər və şəhərimizin müxtəlif yerlərində hansı sadiqlik sistemi vasitəsilə nə qədər qənaət etməyin mümkünlüyü barədə məlumat əldə etmək mümkündür.
    Layihə həmçinin Startup Azərbaycan 2014 və İKT Fondunun 2-ci qrant müsabiqəsinin qaliblərindən biri olmuşdur. Yarandığı gündən yalnız Android telefonlarında aktiv olan tətbiqin, iPhone versiyası yalnız bu gün istifadəçilərə təqdim edilmişdir. Tətbiqin Android və iOS versiyalarını ikeebon.com saytından yükləmək olar.
    Komanda hal-hazırda digər uğurlu layihə olan "Kvotter" üzərində işləyir.
    Linki kopyala