

"Facebook"-da işləmiş olan iki proqramçı, "Fabric" adlı tətbiq ilə diqqətləri cəlb etməyi bacardılar. Yaşanılan hər günü qeydə alan tətbiq, bir gündəlik vəzifəsi daşıyır.
Texnologiya dövründə hər şey qeydə alınır... Şəkillərimiz, videolarımız, gəzib gördüyümüz yerlər, yeyib içdiklərimiz. Hamısı yaxşıdır amma bu qeydlər bizim istəyimiz üzərinə edilən paylaşımlardan ibarətdir. Fasiləlidir və bir gündəlik yaratmaq üçün sistemli bir təmələ sahib deyil. Yəni, bu qədər qeydə alınırıq amma hələ iki gün əvvəl nə yemək yediyimizi, kinoya ən son hansı tarixdə, nə vaxt getdiyimizi bilə bilmirik.
İki keçmiş Facebook işçisi Arun Vijayvergiya və Nikolay Valtchanov bu problemə həll olacaq bir layihəni həyata keçirdilər. Hələ ki başlanğıc mərhələsində olan Fabric adlı tətbiq şəxsi bir gündəlik yaratmağınıza kömək edir. Məlumatları tamailə avtomatik olaraq yaradılan gündəlikdə hər gün etdikləriniz qeydə alınır. Getdiyiniz məkanlar, çəkdirdiyiniz şəkillər, qeyd dəftərinə yazdıqlarınız, qulaq asdığınız mahnılar və s.
Yəni bir növ həyatınızı orda arxivləyirsiniz. Tətbiqdə hələ ki belə bir funksiya olmasa da əsl məqsəd keçmişə istiqamətli bütün suallarımıza cavab verən bir sistem yaratmaqdır. Məsələn, Fabric tətbiqinin növbəti versiyalarında, tətbiqdən "Ən son kinoya nə vaxt getdim?” deyə soruşa biləcək və cavab ala biləcəksiniz. Ya da "son günlərdə hansı musiqilərə qulaq asıram?” deyə bir sual soruşmağınız da mümkün ola biləcək. Təbii ki bunlar üçün hələ biraz vaxt var. Ancaq tətbiqi hal-hazırda da istifadə edə bilərsiniz. Hələki sadəcə iOS üçün hazırlanmış tətbiqi "Buradan” əldə edə bilərsiniz.
Şərh yoxdur