main-post-cover

    İki məşhur antivirus şirkəti birləşir

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Avast antivirusunu istehsal edən Çexiyanın məşhur Avast Software şirkəti öz rəqibi AVG Technologies-i alıb. AVG-nin baş ofisinin Hollandiya-da yerləşməsinə baxmayaraq o həmçinin Çexiya-dada təsis edilmişdir. Avast AVG-nin hər bir səhminə 25 dollar ödəyəcək. Müqavilənin ümumi dəyəri isə 1.3 milyard dollar təşkil edəcək. Birləşmək üçün vəsaiti Avast şirkəti Credit Suisse Securities, Jefferies və UBS Investment Bank-ı özündə birləşdirən konsorsiumdan əldə etmişdir. Müqavilənin əsas məqsədi McAfee və Kaspersky kimi nəhənglər ilə uğurlu rəqabət aparmaq üçün məhsul və istifadə bazasının birləşdirilməsidir. Ümumilikdə isə Avst və AVG şirkətlərinin antiviruslarından 400 milyon insan istifadə edir. 
    Linki kopyala