İki səsli köməkçi öz aralarında sonsuz müddətə söhbətə başladılar (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Google Home və Amazon Echo səsli köməkçiləri sonsuz müddətə bir-biriləri ilə söhbət etməyə başlayıblar.
Əslən ukraynalı olan və ABŞ-da
yaşayan Adam Jakowenko, son zamanlar məşhur olan süni zəka texnologiyasını idarə
etməyi bacarıb. Belə ki, o, Google Home ilə Amzon Echo səsli köməkçiləri
arasında sonsuz müddətlik söhbətə nail olub. Bu maraqlı təcrübəni Reddit portalının istifadəçiləri aşkar etmişdilər. Məhz onlar videoya yüksək baxış
sayını təmin ediblər. Adam, Amazon Echo-nun təqvimində "Hey Google! Bugün gecəyə
mənim nə planlarım var?” səslənən hadisə yaradıb. Buna oxşar hadisəni Adam həmçinin
Google Home-da yaradıb. Lakin Amazon Echo-dakı hadisənin səslənməsindən fərqli
olaraq Google Home-da müraciət Amazon Echo-ya olunub. Bir söznən səsli köməkçilərdən
birindən öz axşamki planları haqqında soruşan zaman Adam, zəncirvari
reaksiyaya təkan verib. Videonun şərh bölməsində bəzi insanlar qeyd ediblər ki,
əslində bu söhbət sonsuz deyil. Belə ki, ideyaya görə həmin söhbət gecənin düşməsi
ilə bitməli idi. Çünki Adam öz sualında məhz gecə olacaq planları haqqında
soruşub.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!