main-post-cover

    İlan ilə selfie çəkdi, 154.000 dollar ziyan elədi.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Aydındır ki, selfie həyatımızın ayrılmaz parçasına çevrilib.Bütün həyat fəaliyyətimizdə demək olar selfie çəkib paylaşırıq lakin bəzən sözün əsl mənasında ağın çıxarırıq.Dünya da baş verən selfie faciələrin yəqin ki, bir çoxunuz eşitmisiniz. Bu faciələrin sırasına daha bir qeyri-adisi əlavə olunub.Hələ keçən həftə bir bizonla selfie çəkdirərkən hücuma məruz qalan xanım yaxşı yadınızdadır. Todd Fassler adlı bir dostumuz isə bu xəbəri eşitməyib deyəsən. Qəhrəmanımız qeyri-adi selfie çəkmək qərarına gəlib.Gözəl və baxımlı kadr tutmaq istəyən Fassler, kolluğun arasında olan ilanı əlina alaraq selfie qəhrəmanına çevirmək istəyib.Todd-un arzusun ürəyində qoyan ilan onun bu hərəkətini bəyənməyib və şəkildə pis düşdüyündən əsəbləşərək Toddu sancıb.Yox, bu hələ faciə deyil çünki Toddu xəstəxanada daha böyük surpriz gözləyirdi.İlanın zəhərinə qarşı uyğun dərmanı tamaq mümkün olmadıqdan 2 xəstəxanada mövcud olan bütün padzəhərləri Toddun bədəninə yeridiblər.5 gün müalicədən sonra xəstəxandan ayrılan Toddu daha bir surpriz gözləyirdi.Çünki bütün padzəhərlərin dəyəri cəmi 154.000 dollar etmişdi.Sizə məsləhətimiz selfie çəkərkən 2 dəfə düşünün.


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər