main-post-cover

    İlin kiberhücum hadisəsi. +18 reytinqli məşhur tanışlıq saytının istifadəçi məlumatları oğurlandı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "LeakedSource” şirkətinin informasiya təhlükəsizliyi üzrə ekspertləri 2016-cı ilin ən böyük hacker hücumu haqqında xəbər veriblər.

    Belə ki, hackerlər ən məşhur tanışlıq saytı AdultFriendFinder-in və tərəfdaş resurslarının ümumilikdə 412 milyon istifadəçisinin məlumatlarını əldə ediblər. Hackerlərin məlumat bazasında AdultFriendFinder, Cams, Penthouse, Stripshow kimi saytların istifadəçilərinin login və şifrələri var. Mütəxəssislər müəyyən ediblər ki, istifadəçi məlumatlarının böyük bir hissəsi açıq mənbə şəklində saxlanılırdı. Yalnız az bir hissəsi isə etibarsız keş alqoritmi SHA-1 altında saxlanılırdı. "Technote.az"ın "Hi-tech.mail.ru"a istinadən verdiyi xəbərə əsasən məlumat bazasındakı istifadəçilərin çox hissəsi email@address.com@deleted1.com şəklində mail ünvanlarına sahibdir. "LeakedSource" mütəxəssislərinin fikrincə saytın yaradıcıları hətta silinmiş istifadəçilər haqqında məlumatları da özlərində saxlayırdılar.
    Ən məşhur şifrələrin siyahısı:
    123456  - 900.000 istifadəçi hesabı
    12345 – 635.000 istifadəçi hesabı
    123456789 – 585.000 istifadəçi hesabı
    12345678 – 145.000 istifadəçi hesabı
    1234567890 – 133.000 istifadəçi hesabı
    Hackerlərin kimliyi hələki bilinmir. Saytın rəhbərliyi isə bu xəbərə nə fikir bildirir nədəki onu təsdiqləyir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər