Qarşınızda ilk modulyar smartfon: LG G5

Qarşınızda ilk modulyar smartfon: LG G5

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Uzun müddətidiki böyük şirkətlər hər yeni smartfonu əvvəlki modelin biraz daha güclü versiyası ilə əvəz edirdilər. Amma bu gün bazardaki telefonların əksəriyyəti texniki göstərici baxımından istifadəçisinə heç bir çətinlik yaşatmır və elə bu səbəbdən də yeni flaqmanlara olan maraq get-gedə azalır. Amma LG bu gün G5-in təqdimatı ilə nə dərəcədə innovativ bir şirkət olduğunu göstərdi. LG G2-dən sonra gələn modellər bir-birinə bənzər cihazlar olsa da G5 böyük qardaşlarından tamam fərqlidir. Bəs bu yeniliklər nələrdir? Gəlin birlikdə baxaq.
 
 
Dual kamera və digər texniki göstəricilər.
 
 
LG yenə Qualcomm prosessoru ilə çalışır. Şirkətin ən güclü mobil prosessoru sayılan Snapdragoon 820-dən güc alan G5-in 4GB ölçülü ram-ı da var. 5.3 inç 2K ekranla təchiz edilsə də özündən daha böyük ölçülü rəqiblərindən çox piksel dərinliyinə (554ppi) sahibdir. Telefonun kamerası, yəni kameraları 135 dərəcəyə qədər şəkil və video çəkmək qabiliyyətinə malikdirlər. Məsələni sizin üçün biraz daha aydınlaşdırsaq insan gözü ən yaxşı halda 124 dərəcə görüntü görə bilir. Yəni Qız qalasının qarşısında duran bir dostunuzun şəklini çəkərkən hər yeri çəkmək üçün sizin arxaya getməyinizə qətiyyən ehtiyyac yoxdur, hətta G5 şəkli bir az daha geniş çəkəcək. Sağolsun, 8 və 16MP ölçülü kameralar G5 siz nə görürsünüzə eyni ilə onu da çəkəcək.
 
 
Modulyar çıxış və dizayn.
 
 
LG G5-in batareyası artıq alt hissədən çıxır və bu çıxışın yerinə LG-nin G5 üçün hazırladığı əlavələr taxılır. 2800 mAh ölçülü batareya ilə təchiz olunan smartfonun artıq MicroSD kart girişi də var və bu giriş 200 gb ölçülü kartları belə dəstəkləyir. Telefonun dizaynına gəldikdə isə əvvəlki G modellərindən çox da fərqli olduğunu demək olmaz. Amma metal korpusu arxadaki ənənəvi idarə düymələrinin yerindəki barmaq izi sensoru onu digərlərindən fərqləndirir. Hə, yeri gəlmişkən artıq G2 ilə gələn arxa idarə düymələri mövcud deyil.
 
 
"Sehirli çıxış" üçün "oyuncaqlar" və VR a
 
Yuxarıda haqqında yazdığımız batareya çıxışına həm 1200 mAh ölçülü batareya funksiyasını daşıyan kamera idarə etmə kursorunu həm də Hi-Fi səs sistemini qurraşdırmaq mümkün olacaq. Qeyd edək ki, Bu səs siteminin üzərində LG Platinum blutuz qulacıqları gəlir.
 
VR texnologiyalarının hər yerdə olduğu bu vaxtlarda LG-də G5 üçün VR eynəkləri hazırlamağı unutmayıb. Bu eynəklərin köməyi ilə harda olsanız da virtual reallığa daxil ola biləcəksiniz. Bu eynəyin 4GB daxili yaddaşı və 13MP ölçülü kamerası da var, hansı ki sizə 2K keyfiyyətində videolar çəkməyə imkan yaradacaq.
 
 
Menyu
 
LG G5-in artıq menyusu yoxdur. Artıq G5-də iPhone və Huawei modelləri kimi hər şeyi əsas ekrana yığır. Bunun pis yoxsa yaxşı xüsusiyyət olmağı müzakirə mövzusudur amma telefonun digər həyəcanverici bacarıqlarına nəzər saldıqda "menyusu da olmasın" deyə bilərsiniz.
 
 

LG G5-lə birlikdə ilk modulyar telefonu hazırlayaraq bazarda böyük bir yenilik edir. Həm alt çıxışına taxılan və gələcəkdə taxıla biləcək yeni əlavələri həm də dual kamera kimi xüsusiyyətləri ilə innovativ bir cihazdır. Əgər Samsung daha yaxşı olduğunu sübut etmək istəyirsə S7 möhtəşəm bir cihaz olmalıdır.
 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×