main-post-cover

    İllərdir Muzeydə saxta Van Gogh əsərləri sərgiləyirmişlər!

    07.05.2017
    Farid Pardashunas

    Hollandiyadakı "Van Gogh Muzeyi”ndə, rəssama aid rəsm əsərlərinin yer aldığı not dəftərləri saxta çıxdı. Muzey, bu əsərləri vitrindən qaldırdı.


    Muzeydən edilən açıqlamaya görə, Van Gogh-un 1888 və 1890 illəri arasında çəkdiyi düşünülən, qeyd dəftərindəki rəsmlərin saxta olduğu üzə çıxıb. Toronto Universitetinin təqaüdçü akademiklərindən Ovcharov tərəfindən Van Gogh-a aid olduğu irəli sürülən sözügedən əsərlər, uzun müddətdir Hollandiyada sərgilənirdi. Edilən son incələmələrlə saxta olduğu aşkarlanan əsərlər; rəssamın əl işlərinin çox yaxşı hazırlanmış kopyalarından ibarətdir.

    Əsərlərin tərz, texnika və ikonoqrafiya kimi yönlərdən incələndiyi tədqiqatın nəticəsində, rəssamın digər əsərlərində və bu not dəftərlərindəki rəsmlərdə böyük fərqliliklər aşkar edilib. Əlavə olaraq burada çəkilən rəsmlərdəki mürəkkəb, rəssamın başqa bir əsərində heç istifadə edilməyib.
    1888 və 1890-cı illərində, rəssamın psixi problemlər yaşadığı illər idi. Qulağını kəsib bir əxlaqsız bir qadının üzərinə atması, bir çox insan tərəfindən bilinən və filmlərdə belə istifadə edilən bir hadisədir. Bütün bu böhranlardan sonra Van Gogh, intihar edərək həyatına son verib. Hollandiyada əsərlərinin sərgiləndiyi muzeydə 500 ədəd rəsmi mövcuddur.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər