main-post-cover

    iMessenger-də yenilik! Artıq seçim etmək asan olacaq

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Məşhur Tinder tətbiqi, iMessenger üçün yenilik istifadəyə verib. Tinder Stacks ilə qərar verə bilmədiyiniz anlarda dostlarınızla məsləhətləşə biləcəksiniz. Apple, iOS 10 ilə bərabər iMessenger tətbiqinə də ciddi dəyişikliklər edib. Bir çox sticker və fərqli funksiyaya qovuşan iMessenger üçün yeniliklər gəlməyə davam edir. Bu yeniliklər arasında Tinder Stacks da yer almaqdadır.

    Tinder Stacks nədir?

    Tinder öz tətbiqində "sürüşdürmə” funksiyasını istifadə edir. Belə ki, istifadəçilər, bəyəndikləri şəxslərin fotolarını sağa, bəyənmədiklərini sola sürüşdürür. Tinder Stacks isə bu iş məntiqini başqa bir məqsədlə iMessenger-ə tətbiq etməyə hazırlaşır. Buna misal olaraq, tutaq ki, bir neçə şəkil çəkdiniz və hansını paylaşmaq haqda tərəddüdləriniz var. Bunun üçün iMessenger tətbiqində Tinder Stacks-ı istifadə edərək bu fotoları dostlarınıza göndərə bilər və onların hansını bəyənib, hansını bəyənmədiyini Tinder bəyənmə xüsusiyyətini istifadə edərək dəqiqləşdirə bilərsiniz.
    Linki kopyala