main-post-cover

    iMessenger istifadəçilərinin nəzərinə! Məlumatlarınız təhlükədədir

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Hətta iMessenger-in istifadəçiləri də izlənilir.

    iMessenger hər zaman şəxsi məlumatların qorunması baxımından ən təhlükəsiz hesab olunurdu. "Apple”, iMessenger istifadəçilərin şəxsi məlumatlarını və ya şəxsi yazışmalarını izləməsə də əlaqə kitabçasında (kontank) olan şəxsləri izləyə bilir. Bu haqda məlumatı isə The Intercept paylaşıb. Məlumata görə "Apple” sizin şəxsi danışıqlarınızı izləməsə belə sizin kimlə danışdığınızı izləyə bilir. Belə ki, siz kiminləsə iMessenger vasitəsilə əlaqə yaratmağa çalışanda, tətbiq Apple serverində axtarılan şəxsin hesabının olub-olmadığını yoxlamaq üçün avtomatik sorğu göndərir. Bu zaman axtarılan tərəfin iMessenger-də hesabının olub-olmamasından asılı olmayaraq "Apple" sizin kimlə əlaqə saxlamağa çalışdığınızı qeyd edir. Bundan əlavə "Apple" axtarışın tarixini, zamanını, axtarışı həyata keçirənin IP ünvanını qeyd edir.
     
    IP ünvan məlum olduqda isə "Apple", istifadəçinin yerini asanlıqla təyin edə bilir. Axtarışlar haqda məlumat isə silindikdən 30 gün müddətində bazada saxlanılır. Bundan əlavə iMessenger və iOS-un başqa standart tətbiqləri zamanla Apple serverinə sorğular göndərir.
    Cinayət və s. ilə bağlı məlumat lazım olduqda şirkət məhkəmə ilə əməkdaşlıq edə bilər. The Intercept-in hesabatı Florida məhkəmə agentliyindən alınan məlumatlara əsaslanır. Hətta "Apple" şirkəti özü də bu barədə lazım gəldikdə məhkəmə ilə əməkdaşlıq edə biləcəklərini bildirib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər