main-post-cover

    İmtahana hazırlaşmadı, təxirə salmaq üçün Prezidentin saytını hack etdi!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Tez-tez rastlaşdığımız hacking xəbərlərinə yeni biri daha əlavə olundu. Belə ki, 17 yaşlı yeniyetmə imtahanların təxirə salınması üçün prezidentin web saytını hack edib.
    Dünyanın fərqli yerlərində müxtəlif məqsədli kiber hücumlar təşkil olunur. Bunlardan ən maraqlısı da bir müddət əvvəl Şri-Lankada yaşanıb. 17 yaşlı yeniyetmə yaxınlaşan imtahanın ertələnməsi üçün dövlət başçısı Maithripala Sirisena-nın rəsmi saytını ələ keçirib. "Technote.az"ın "The Guardian"a istinadən verdiyi məlumatına görə, gənc hacker prezidentin səhifəsini ələ keçirməklə qalmayıb, "A level” imtahanların ertələnməsi tələbini səhifədə yerləşdirib. Bir həftə bağlı qalan sayt, bazar ertəsi yenidən bərpa olundu. Kiber hücumu araşdıran polislər hücumun Kadugannawa adlı ərazidə yerləşən evdən gerçəkləşdiyini ortaya çıxarıblar. Ölkədə geçərli olan kiber hücumlara qarşı cəza tədbirlərinə görə, gənc hacker 2000$ təzminat ödəməli ya da 3 il həbs cəzası çəkməlidir.
    Linki kopyala