

İstifadə etdiyi fərqli materiallar və parçalarla bazarın ən yaxşı smartfonlarını hazırladığını iddia edən Turing Phone Cadenza hal-hazırda bir çox texnologiya həvəskarı üçün mümkünsüz görünən bir şey üzərində çalışır.
Bu şirkətin yeni cihazı sadə bir smartfon olmaqdan əlavə süni zəkası çox inkişaf etmiş bir smartfon olacaq.
Turing Phone Cadenza modelində 2560x1440 piksel keyfiyyətli 5.8 inç ekran yerləşir. Telefona lazım olan hesablama gücünü isə Snapdragon 830 prosessoru verir. Hələ ki, təsdiqlənmiş olmasa da Snapdragon 830-un Qualcomm-un 10nm istehsal texnologiyası ilə hazırladığı yeni məhsulu olduğunu artıq hamı bilir.
4+4 konfiqurasiyalı 8 ədəd Kryo nüvəsinə sahib olan Snapdragon 830 yeni və inkişaf etmiş bir Adreno GPU ilə gələcək. Bütövlükdə 16 nüvə ilə Cadenza dərin hesablama bacarığına sahib olacaq. İki ədəd Snapdragon prosessorunun köməyi ilə iki ədəd çox sürətli 6 GB LPDDR4X RAM-dan istifadə edən telefonun RAM miqdarını 12 GB-a qaldırmaq da mümkün olub. Telefonun daxili yaddaşı isə 512 GB-dır. Əgər bu bəs olmasa microSD xüsusiyyəti sayəsində bir 512 GB daha əlavə etmək mümkündür.
Kamera və Dizayn
Telefonun arxasında 60 MP ölçülü kamera yerləşir. Kamera bu ölçüyə çatmaq üçün hansısa tətbiqdən kömək almır. 6K ölçülü bu kamera 4 ədəd IMAX sensor ilə bütövlükdə 60 MP səviyyəsinə çatır. Eyni zamanda telefonun kamerasında üçlü lens sistemindən istifadə olunub. Cadenzanın öz kamerası isə sensoru 20 MP-dir. Oksit adlı maddədən istifadə edilərək hazırlanan korpus bazardakı ən möhkəm telefonu hazırlamaq üçün yaradılıb. Su və toza davamlı olan bu telefonun korpusunda istifadə olunan materiallardan əvvəl heç bir smartfonda istifadə olunmayıb.
Telefonun batareyasına gəldikdə isə batareya üç fərqli hissədən ibarətdir. 1600 mAh plçülü bir ədəd Li-lon batareyanın yanında 2400 mAh ölçülü grafen batareyavə əlavə olaraq hidrogen yanacaq hüceyrəsi bütövlükdə 100Wh dəyərində bir göstərici ortaya çıxarır ki, bu da təxminən 27000 mAh ölçülü bir batareya deməkdir.
Bu smartfon hər tərəfli mükəmməl görünsə də eyni zamanda bir qədər şübhəli görünür. Amma Turing Phone Cadenzanın rəhbərləri telefonun gələn il bazarda olacağını söyləyirlər.
Şəxsi Sayt İstəyənlər Üçün İdeal Təklif
Şərh yoxdur