main-post-cover

    İnbox by Gmail aldığı yeniliklə istifadəçilərə daha rahat təcrübə yaşadır

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    İnternet nəhəngi Google tərəfindən Gmail’ə rəqib olmaq yerinə istifadəçi təcrübəsini nəzərə alaraq hazırlanan e-mail servisi Inbox by Gmail, qısa zaman öncə kiçik, amma böyük asanlıq yaradan bir xüsusiyyət əlavə etdi.

    Gmail hesabı ilə istifadə olunan Inbox by Gmail, gələnləq qovluğundakı önəmli mövzulara fokuslanır və Təxirə salınanlar ilə Tamamlananlar bölmələri ilə daha əlverişli edir. Yayımlanan yeniliklə stolüstü versiyada da artıq tam ölçülü "yeni e-mail yaratma ekranını” istifadəçilərə təqdim edir. Bununla da səhifənin sağ tərəfində yer alan kiçik ekrana nəzərən daha rahat işləməyə şərait yaradır.

    Bu faydalı xüsusiyyəti uzun müddət öncə Gmail’in özü üçün də yaradan Google, yavaş da olsa istifadəçi təcrübələrinə müsbət toxunuşlar etməyə davam edir.


    Linki kopyala