main-post-cover

    Çində robot ofisiantlar restoranı iflasa uğratdı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Çində işçilərə ödənilən pula qənaət etmək üçün robot ofisiantlardan istifadə etməyə başlayan 2 restoran, müştərilər robotları bəyənmədiyi üçün bağlanıb.

    Gələcək üçün insanların ən böyük qorxularından biri, iş yerlərinin texnologiya inkişaf etdikcə insan işçilərdən yararlanmaq əvəzinə robot işçilərdən faydalanacağının proqnozlaşdırılması idi. Çindən gələn xəbərlər, -ən azından indiki dövr üçün- insanların qorxduğu kimi olmadığını göstərir.

    Xərcləri azaltmaq üçün insan əvəzinə robotlardan faydalanmağa başlayan ölkənin iki məşhur restoranı, müştərilərin şikayətlərindən sonra restoranı bağlamağa məcbur olub. Lazımı qədər hazırlıq görmədən, birdən-birə robotları iş yerinə uyğunlaşdırmağa çalışan restoranların belə bir hadisə ilə üzləşməsi normal idi. Çünki, müştərilərin dediklərinə göre robotlar yemək gətirmək bir qırağa, heç su gətirməyi belə bacarmırlarmış.
     
    Çində robot ofisiantlar restoranı iflasa uğratdı


    Nəticə olaraq, restoranlar hər birinə 7 min dollar ödədiyi robotların həm xərcini çıxara bilməyib, həm də daimi müştərilərini itiriblər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər