main-post-cover

    "Indiana Jones 5" filmi təsdiqlənib

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Walt Disney studiyası həqiqətən "Indiana Jones" filminin 5-ci hissəsini çəkmək niyyətindədir. Bu məlumatı şirkətin direktoru Bob Iger Bloomberg-ə müsahibəsində təsdiqləyib. "Yaxın zamanda "Star Wars" və "Indiana Jones" üzərində işlərin startından başqa sizləri digər maraqlı macəralar gözləyir" - deyə Bob Iger bildirib. Qeyd edək ki, 2015-ci ilin payız fəlində məşhur film seriyasının 4 hissəsinin yaradıcısı olan Steven Spielberg bildirmişdir ki, yaxın zamanda hamı tərəfindən tanınan məşhur arxeoloq böyük ekranlara geri qayıdacaq. O həmçinin zəmanət vermişdi ki, yeni filmdə baş rolu yenidən Harrison Ford canlandıracaq. Lakin filmin çəkilişlərinin və premyerasının tarixi barəsində rejissor heç bir məlumat verməmişdi. Hələki təsdiq olunmamış məlumatlara əsasən yeni film 2018-ci ilin birinci yarısında izləyicilərə təqdim olunacaq. Qeyd edək ki, seriyanın 4-cü filmi "Indiana Jones and the Kingdom of the Crystal Skull" 2008-ci ildə böyük ekranlara çıxmışdır. Film öz yaradıcılarına 780 milyon dollar gəlir gətirmişdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər