main-post-cover

    "Indiana Jones 5" filminin premyera tarixi bəlli oldu

    Digər
    07.05.2017
    Farid Pardashunas
    The Walt Disney Studios şirkəti "Indiana Jones 5" filminin premyera tarixini elan edib. Verilən rəsmi məlumata görə film 19 İyul 2019-cu ildə izləyicilərə təqdim olunacaq. İndiana Jones rolunu yenidən Harrison Ford canlandıracaq. Rejissor isə əvvəlki 4 filmi çəkmiş Steven Spielberg olacaq. "İndiana Jones dünya kinematoqrafiyasının ən məşhur qəhrəmanlarından biridir və biz çox şadıq ki, o 2019-cu ildə geri qayıdacaq. Harrison Ford və Steven Spielberg ilə yeni macəralara atılmaq üçün səbirsizlənirik" -  deyə The Walt Disney Studios bildirib. Maraqlısı budur ki, yeni filmin premyerasından bir həftə qabaq böyük ekranlara komikslər əsasında çəkiləcək "Inhumans" filmi çıxacaq. Böyük ehtimal ilə onun premyera tarixi dəyişiləcək. Belə ki, hər iki film Walt Disney şirkətinin studiyaları tərəfindən çəkiləcək. 
    Linki kopyala