Günümüzdə avtobuslar insanların həyatında böyük rol oynayır. Ev, iş, gəzinti və s. kimi bütün hallarda bəzən ən əlverişli nəqliyyat vasitəsi sayılır. Amma avtobuslar rahatlıqla yanaşı, narahatlıq da yaradır. Bəzən onların ucbatından xüsusilə şəhərlərdə böyük tıxaclar əmələ gəlir. Artıq bu problem də həll olunub. Çinlilər bunu da bacardı. Yeni istehsal etdikləri avtobuslar ilə tıxac probleminə son qoyurlar.
Yeni avtobuslar çox hündür və genişdir. Avtobuslar kiçik maşınların üstündən hərəkət edə bilir. Beləcə, dayanacaqda dayansa belə, yolda hərəkət dayanmır və maşınlar onun altından keçərək yoluna davam edir. Demək olar ki, digər bütün maşınlardan hündür olan bu avtobusun kabininə 300 nəfər sərnişin yerləşə bilir. Təkərlər arasındakı məsafə isə 7.8 metrdir. Beləliklə, kiçik maşınlar və motosikletlər rahatlıqla avtobusun altından keçib gedə bilir.
Avtobus TEB, yəni Transit Elevated Bus adlanır. Hələlik test mərhələsində olan avtobusun uğurlu alınarsa, bir müddət sonra kütləvi istehsalı planlaşdırılır. Saatda 64 km sürətə malik olan avtobus şəhərdə qəza risklərini də azaldır. İddialara görə artıq Braziliya, Fransa, İndoneziya və Hindistanın şirkətləri bu avtobusun istehsal olunduğu zavodlarla əlaqəyə keçiblər.
Bəs sizcə, bu avtobuslardan ölkəmizə də gətirilsə, tıxac problemi həll olunarmı?
Şərh yoxdur