
Çinlilər Opera-nı alırlar
Texnologiya
07.05.2017
Farid Pardashunas
Çin şirkətləri olan Kunlun və Qihoo 360-ın konsorsiumu Opera
Software şirkətinin bir hissəsini alacaq. 600 milyon dollarlıq müqavilənin 31
Oktyabr 2016-cı il tarixinə kimi bağlanacağı güman olunur. Müqavilənin Çin tərəfi
Opera brendinin hüquqlarına sahib olacaq. Burda əsasən söhbət web və mobil
brauzerlərdən, lisenziyalaşdırma və proqram təminatı üzrə texnologiyaların
hazırlanmasından (Opera TV bura daxil deyil) söhbət gedir. Bundan əlavə olaraq
Çin tərəfi 29.09% hissə sahibi olacaq. Opera Mediaworks, Opera Apps & Games
və Opera TV kimi yerdə qalmış aktivlər tamamilə ayrı bir biznesə çevriləcək. Həmçinin
sözügedən müqavilənin bağlanmasından sonra 18 ay müddətində Opera öz brendindən
istifadə edə biləcək. İlk öncə güman olunurdu ki, Çin konsorsiumu Opera
Software-in bütün aktivlərini 1.2 milyard dollara əldə etmək istəyir. Lakin həmin
müqaviləyə nizamlayıcı orqanlar tərəfindən razılıq verilməyib.
Linki kopyala
Həftənin xəbərləri

