main-post-cover

    Çinlilər, Pokemon GO\'nun da saxtasını hazırladı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
     
    Çinlilər, bir həftədir dünyanın gündəmini məşğul edən oyunun saxtasını nəhayət (!) hazırladı. 

    Çinlilər, son bir həftədir görməkdən bezdiyimiz Pokemon GO'ya oxşar bir oyunu təqdim edib. City Spirit Go adı ilə çıxan oyun, ölkədə indidən məşhur olmağa doğru gedir.

    Eynilə Pokemon GO'da olduğu kimi City Spirit GO'da da qarşınıza çıxan personajları tutmağa çalışırsınız. Personajlar dizayn olaraq Pokemon'lara oxşasa da tamamilə eyni deyil. Oyunun Pokemon GO'dan ən böyük fərqi artırılmış reallıq yaratmaq üçün orijinalında olduğu kimi cihazın kamerasından istifadə olunmamasıdır.
     


    Çindəki App Store'da ən məşhur tətbiqlər arasına girən oyun, Sun Xiaoyu adındakı bir developer tərəfindən hazırlanıb. Oyunu marketdən yükləmək üçün olan link isə budur
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər