Çinlilər, bir həftədir dünyanın gündəmini məşğul edən oyunun saxtasını nəhayət (!) hazırladı.
Çinlilər, son bir həftədir görməkdən bezdiyimiz Pokemon GO\'ya oxşar bir oyunu təqdim edib. City Spirit Go adı ilə çıxan oyun, ölkədə indidən məşhur olmağa doğru gedir.
Eynilə Pokemon GO\'da olduğu kimi City Spirit GO\'da da qarşınıza çıxan personajları tutmağa çalışırsınız. Personajlar dizayn olaraq Pokemon\'lara oxşasa da tamamilə eyni deyil. Oyunun Pokemon GO\'dan ən böyük fərqi artırılmış reallıq yaratmaq üçün orijinalında olduğu kimi cihazın kamerasından istifadə olunmamasıdır.
Çindəki App Store\'da ən məşhur tətbiqlər arasına girən oyun, Sun Xiaoyu adındakı bir developer tərəfindən hazırlanıb. Oyunu marketdən yükləmək üçün olan link isə budur.
Şərh yoxdur