“İnsan bunu düşməninə etməz” dedirtən şəkil editor tətbiqi!

08.05.2017 0 PAYLAŞIM 8543 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Meitu adlı şəkil editor tətbiqinin təklif etdiyi bir xüsusiyyət, sevmədiyiniz şəxsləri əsəbləşdirmək ya da dostlarınıza "eşşək zarafatı” etmək üçün çox yaxşı vasitədir.

Keçdiyimiz həftə istifadəyə təklif edilən Meitu adlı şəkil editor tətbiqində yer alan "əl işi” (hand-drawn) xüsusiyyəti, istədiyiniz şəxsi şirin və al yanaqlı birinə çevirməyinizə icazə verir. Ancaq bu xüsysiyyəti, sevmədiyiniz insanların şəkillərində istifadə etmək xeyrinizə olar, çünki bu xüsusiyyətin istifadə edildiyi şəkillərdəki şəxslər -yazıda yer alan nümunə şəkillərdən də görə biləcəyiniz kimi- olduqca gülünc bir hal alır.

Bu xüsusiyyət, istifadəçilərə 6 fərqli mövzu təklif edir. Bu mövzular; mələk kimi, çiçəklər,nağıl, çiçək yarpaqları, dəniz qızı və baron sevgilisi. Bu mövzuların hər birinin məşhur şəxslərin şəkillərinə tətbiq edilmiş halını aşağıdan görə bilərsiniz.


Bu şəkilləri gördükdən sonra, insanın bu pisliyi düşməninə belə edəsi gəlmir. Ancaq siz yenə də mən bu tətbiqi yoxlayım elə qərar verim deyirsinizsə, tətbiqin iOS versiyasını buradan, Android versiyasını isə buradanyükləyə bilərsiniz.